Tehranda 151 nəfər seçkidə iştirak edib
09 Oktyabr 2013 Çərşənbə 17:06
Konsulluq qeydiyyatında olan 250 nəfərdən 231-i məntəqə seçki komissiyasının seçici siyahısına daxil edilib.
Tehranda saat 15:00-dək 151 nəfər seçkidə iştirak edib. ANS PRESS-in İran müxbirinin verdiyi məlumata görə, bu barədə 34 nömrəli məntəqə seçki komissiyasının sədri Sabir Şahtaxtı bildirib. Onun sözlərinə görə, konsulluq qeydiyyatında olan 250 nəfərdən 231-i məntəqə seçki komissiyasının seçici siyahısına daxil edilib.
Seçkidə iştirak edənlərin əksəriyyəti Qəzvin,Qum və Məşəd şəhərlərində təhsil alan tələbələrdir. Hazırda Tehrandakı 34 nömrəli məntəqədə aktivlik dəvam edir.
Qeyd edək ki, Tehranda səsvermə yerli vaxtla saat 08:00-da başlayıb və təlimata uyğun olaraq, yerli vaxtla saat 19:00-da başa çatacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar