Təbii mavi qızılgüllər satışa çıxarılacaq
21 Oktyabr 2009 Çərşənbə 10:30
“Alqış” adlanacaq qızılgülün qiyməti 23 dollar olacaq
Dünyada ilk dəfə olaraq satışa təbii mavi qızılgüllər çıxarılacaq. Mavi güllərin ilk alıcıları isə yaponlar olacaqlar. Belə ki, mavi qızılgüllər Yaponiyada satışı çıxarılacaq. Bu ölkənin “Suntory” şirkəti üzərində 20 ildən artıq işlədiyi mavi qızılgülləri nəhayət ki, noyabr ayında təqdim edəcək. “Alqış” adlanacaq mavi qızılgül 23 dollara satılacaq. Bu qiymət adi güllərdən 10 dəfə bahadır.
Qeyd edək ki, təbiətdə mavi qızılgül mövcud deyil. Çünki onların genində bu rəngi yaratmaq üçün müvafiq piqment yoxdur. Nadir hallarda satışa çıxarılan mavi güllər isə ağ qızılgüllərin boyanması nəticəsində əldə edilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: