Təbii fəlakətlə əlaqədar Hökumət Komissiyası yaradılıb
19 May 2010 Çərşənbə 20:35
Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.
Prezident İlham Əliyev Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətlə əlaqədar Hökumət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, son vaxtlar yağan aramsız yağışlar nəticəsində bəzi rayonların ərazisində subasma halları baş verib, ilkin məlumatlara görə, 20 minə yaxın ev, 50 min hektardan çox əkin və örüş sahələri su altında qalıb, 300-dən çox ev uçub, 2 minə qədər ev qəzalı vəziyyətə düşüb, çoxsaylı infrastruktur və digər sosial təyinatlı obyektlər sıradan çıxıb.

Yaranmış vəziyyətdə mərkəzi və yerli icra hakimiyyəti orqanları tərəfindən bütün aidiyyəti qurumlarla birlikdə operativ qaydada görülmüş zəruri tədbirlər nəticəsində təbii fəlakətin daha böyük fəsadlarının qarşısı alınıb, zərər çəkmiş insanlar öz evlərindən müvəqqəti məskunlaşma yerlərinə köçürülüb, onlara müxtəlif kommunal, iaşə, səhiyyə və digər xidmətlərin göstərilməsi təşkil olunub.

Baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması, bölgənin iqtisadiyyatının və yaşayış məntəqələrinin bərpası, əhaliyə dəymiş ziyanın ödənilməsi və gələcəkdə belə halların qarşısının alınması üçün kompleks tədbirlərin hazırlanması məqsədi ilə Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətlə əlaqədar aşağıdakı tərkibdə Hökumət Komissiyası yaradılıb:

Komissiyanın sədri:

Artur Rasizadə - Azərbaycan Respublikasının Baş naziri

Komissiyanın üzvləri:

Abid Şərifov - Azərbaycan Respublikası Baş Nazirinin müavini
Əli Həsənov - Azərbaycan Respublikası Baş nazirinin müavini,
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət
Komitəsinin sədri

Kəmaləddin Heydərov - Azərbaycan Respublikasının Fövqəladə Hallar Naziri
Ramil Usubov - Azərbaycan Respublikasının Daxili İşlər Naziri
Samir Şərifov - Azərbaycan Respublikasının maliyyə naziri
Şahin Mustafayev - Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri
Oqtay Şirəliyev - Azərbaycan Respublikasının səhiyyə naziri
Hüseynqulu Bağırov - Azərbaycan Respublikasının ekologiya və təbii
sərvətlər naziri
İsmət Abasov - Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri
Ziya Məmmədov - Azərbaycan Respublikasının nəqliyyat naziri
Əli Abbasov - Azərbaycan Respublikasının rabitə və informasiya
texnologiyaları naziri
Fizuli Ələkbərov - Azərbaycan Respublikasının əmək və əhalinin sosial
müdafiəsi naziri
Misir Mərdanov - Azərbaycan Respublikasının təhsil naziri
Zeynal Nağdəliyev - Azərbaycan Respublikasının Prezidenti
Administrasiyasının Regional İdarəetmə və yerli
özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri
Kərəm Həsənov - Azərbaycan Respublikasının Əmlak Məsələləri üzrə
Dövlət Komitəsinin sədri
Qərib Məmmədov - Azərbaycan Respublikasının Dövlət Torpaq və
Xəritəçəkmə Komitəsinin sədri
Abbas Ələsgərov - Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və
Arxitektura Komitəsinin sədri
Arif Vəliyev - Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin
sədri
Səlim Müslümov - Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə
Fondunun sədri
Əhməd Əhmədzadə - “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin prezidenti
Nizaməddin Rzayev - “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin prezidenti
Etibar Pirverdiyev - “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti

Hökumət Komissiyasına tapşırılıb ki, yaşayış yerini itirmiş ailələrə ilk növbədə həyati əhəmiyyətli məsələlərin həllində zəruri köməklik göstərsin, mənəvi-psixoloji sarsıntıya məruz qalmış insanların reabilitasiyası tədbirlərini həyat keçirsin, uçmuş, qəzalı vəziyyətə düşmüş evlərin, infrastruktur və digər sosial təyinatlı obyektlərin siyahısını hazırlasın, təbii fəlakət nəticəsində əhaliyə dəymiş maddi ziyanın həcmi qiymətləndirilsin, müvafiq kompensasiyaların məbləğlərini müəyyən etsin və onların ödənilməsi ilə əlaqədar lazımi tədbirlər görsün, təbii fəlakətə məruz qalmış rayonların iqtisadiyyatının, sosial, aqrar, kommunal, enerji, rabitə, nəqliyyat və digər infrastrukturların bərpası və yenidən qurulması üçün tədbirlərin həyata keçirilməsinə dair təkliflərini 1 ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin, həyata keçirilən tədbirlər haqqında əhalinin məlumatlandırılmasını təmin etsin, təbii fəlakətlə bağlı görülən işlərin gedişi barədə Azərbaycan prezidentinə mütəmadi olaraq məlumat versin, gələcəkdə mümkün ola biləcək belə qarşısının alınması üçün kompleks tədbirlər dair təkliflərini 2 ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etsin. anspress


DOSTLARINLA PAYLAŞ:

oyunlar