Azərbaycanda taxıl sahələrinin 80 faizindən çoxunda biçin başa çatıb. Fermerlərin biçin zamanı ən çox üzləşdiyi problem texnikaların çoxunun köhnə olması ilə bağlı olub. Bunun yığıma ciddi təsir göstərmədiyini deyən Aqrolizinq Səhmdar Cəmiyyətinin sədr müavini Aydın Əzizovun sözlərinə görə, fermerlərin şikayətləri əsasən biçin zamanı növbəliliyin pozulmasına görə yaranıb. "Bu saat ölkədə 3159 kombayn var. Onların içərisində 994 ədədi yararlı kombayndır. Qalanları isə köhnədir. Onlar tam gücü ilə işləmir. Analiz hesabat onu göstərib ki, əgər ölkədə kombayn gücündən səmərəli istifadə olunsa, biçin mütəşəkkil keçəcək və vaxtında biçə biləcəyik"./ANS TV/