Taxıl bahalaşacağı gözlənilir
09 Yanvar 2010 Şənbə 10:40
Taxıl bahalaşacağı gözlənilir. Buna səbəb məhsula olan tələbatın artması və dolların zəifləməsidir.
Bu ilin ilk yarısında dünyada taxılın bahalaşması gözlənilir. “Kalita finans” mərkəzinin analitikləri hesab edirlər ki, buna səbəb məhsula olan təlabatın artması və dolların zəifləməsi olacaq.
Ekspertlərin fikirincə, hazırda taxıl ixrac edən ölkələr məhsulun saxlanılması ilə əlaqədər ciddi xərclərlə üzləşdiklərindən, taxılın cari qiyməti onları qane etmir. Eyni zamanda, mütəxəssislər taxıla olan tələbatın artmasına təsir edən bir sıra faktorları da göstərirlər. Belə ki, dolların ucuzlaşması, inflyasiya fonunda fermer təsərrüfatı xidmətinin bahalaşması əsas təsiredici amillərdən olacaq.
Qeyd edək ki, bioyanacaq, qarğıdalı və buğda məhsullarından əldə edildiyindən bu məhsullara tələbat artır. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar