Tarif Şurası benzini bahalaşdırdı
03 Dekabr 2013 Çərşənbə Axşamı 00:18
Tarif Şurasının iclasında hava neqliyyatı ile ölkedaxili sernişindaşıma xidmetlerinin, tebii qazın satışı ve bezi neft mehsullarının satışı tariflerine baxılıb.
Dekabrın 2-de Azerbaycan Tarif Şurası növbeti iclası keçirilib. ANS PRESS Şuranın saytına istinaden xeber verir ki, iclasda rabite, hava neqliyyatı ile ölkedaxili sernişindaşıma xidmetlerinin, tebii qazın iri istehlakçılara (“Azerenerji” ASC ve “Azerikimya” İB) satışı ve bezi neft mehsullarının satışı tariflerine baxılıb.

Tarif (qiymet) Şurasının iclasında Rabite ve İnformasiya Texnologiyaları Nazirliyinin müracieti esasında bir sıra rabite xidmetlerinin tariflerine baxılmış ve müvafiq qerar qebul edilmişdir. Bele ki, rabite xidmetleri üzre telefon çekilişi tarifi 40-120 manatdan 30 manata, beynelxalq danışıq tarifleri 1 deqiqe üçün zonalardan asılı olaraq 36, 45 ve 54 qepikden bütün zonalar üzre 32 qepiye, şeherlerarası danışıq tarifi 1 deqiqe üçün 7 qepikden 5 qepiye, faks aparatından aylıq istifade tarifi 80 qepikden 50 qepiye qeder azaldılmış, 107 sifarişli rabite xidmeti üzre tarif kend yerleri üçün mövcud 5 qepik seviyyesinde saxlanılmış, şeher ve rayon merkezleri üçün ise 2 defe azaldılmaqla 10 qepik tesdiq edilmişdir. Eyni zamanda, telefon nömresinin addan-ada keçirilmesi, şeherlerarası ve beynelxalq danışıqlara göre açıqlamaların verilmesi, telefona aylıq texniki xidmet gösterilmesi, telefon nömresinin seçilmesi üçün ödenişler leğv edilmişdir. Şuranın iclasında stasionar telefonlar üçün aylıq abune haqqı ehali üzre 2 manat 50 qepik, büdce teşkilatları üzre 7 manat seviyyesinde müeyyenleşdirilmiş, qeyri-büdce teşkilatları üçün hazırkı 7 manat seviyyesinde saxlanılmışdır.

Tarif (qiymet) Şurasının iclasında hemçinin, hava neqliyyatı ile ölkedaxili sernişindaşıma xidmetlerinin mövcud tarifleri yuxarı tarif heddi kimi tesdiq edilmiş, ölkedaxili sernişin hava gemilerinde yükün, poçtun ve normadan artıq baqajın daşınması üçün tarifler evvelki seviyyede (eDV daxil olmaqla 30 qepik/kiloqram) saxlanılmışdır.

Tarif (qiymet) Şurasının iclasında Azerbaycan Respublikası Dövlet Neft Şirketinin bezi neft mehsullarının, kimya, alüminium, dağ-meden filizi esasında poladeritme, hemçinin elektrik enerjisi istehsalı müessiselerine tebii qazın satışı tariflerine dair müracietine baxılmış ve müvafiq tarif tenzimlenmesi heyata keçirilmişdir. Bele ki, Aİ-95 benzinin perakende satış qiymeti 1 litr üçün 80 qepik, Aİ-92 ve Aİ-80 markalı avtomobil benzininin perakende satış qiymeti 1 litr üçün 70 qepik, dizel yanacağının perakende satış qiymeti 1 litr üçün 60 qepik seviyyesinde müeyyen edilmiş, bezi neft mehsullarının yeni topdansatış qiymetleri tesdiq olunmuşdur. Bundan başqa, Şuranın qerarı ile kimya, alüminium, dağ-meden filizi esasında poladeritme, hemçinin elektrik enerjisi istehsalı müessiselerine tebii qazın satışı tarifi ise her 1000 kubmetr üçün 80 manat seviyyesinde tesdiq edilmişdir.

Rabite xidmetleri üzre yeni tarifler 1 yanvar 2014-cü il tarixden, tesdiq olunmuş diger tarifler ise 3 dekabr 2013-cü il tarixinden tetbiq edilecekdir.

Tarif (qiymet) Şurasının qerarları ile Şuranın resmi internet sehifesinde www.tariff.gov.az tanış olmaq olar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar