Tanınmış jurnalist İbrahim Bayandurlu vəfat etdi
16 Mart 2010 Çərşənbə Axşamı 11:10
İbrahim Bayandurlu 39 yaşında dünyasını dəyişib
Bu gün jurnalist və siyasi icmalçı İbrahim Bayandurlu 39 yaşında vəfat edib. Yaxınlarının ANS PRESS-ə verdiyi məlumata görə, qara ciyər xəstəliyindən əziyyət çəkən jurnalist martın 14-də daxili qanaxma ilə 1 saylı şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilibmiş.

Qələmi və səsi bütün Cənubi Qafqaza məlum olan İbrahim Bayandurlu uzun illər “Zerkalo” qəzetində icmalçı kimi fəaliyyət göstərib. Son bir neçə ayı isə o, “Azadlıq Radiosu”nda işləyib.

Xatırladaq ki, İbrahim Bayandurlu 1971-ci ildə Bakıda anadan olub. O, 1992-ci ildə könüllü olaraq Birinci Qarabağ müharibəsinə yolanıb və orada gedən ağır döyüşlərdə yaralanıb.

Onun azyaşlı qızı qalıb.

Allah rəhmət eləsin! ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar