Suyun qiyməti bahalaşacaq
22 Dekabr 2009 Çərşənbə Axşamı 19:35
Suyun qiyməti bahalaşacaq. Çin suya qənaət etmək üçün yeni vasitəyə əl atıb.
Çin suya qənaət etmək üçün yeni vasitəyə əl atıb. Bu məqsədlə ölkə hakimiyyəti suyun qiymətinin 8 faiz bahalaşdırılması barədə qərar qəbul edib. Çinin “Sina” portalının verdiyi məlumata görə, hər bir yaşayış evində suyun kubmetrinin dəyəri 4 yuan, yəni 0,6 dollar artacaq. Çində əhali son beş ildə suyun kubmetrinə 3,7 yuan ödəməli olurdu.
Xəbərdə həmçinin qeyd olunub ki, qiymətlərin qalxması suyun keyfiyyətinə təsir edib.
Qeyd edək ki, ÇXR-da sonuncu dəfə suyun qiyməti 2004-cü ildə qaldırılmışdı. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: