Ölkə

Sumqayıtda yenidənqurma işləri başlayır

Prezidentin ayırdığı 5 milyon manata şəhərdə ilk olaraq Nəsimi parkı salınacaq

· Xəbərçi
Sumqayıtda yenidənqurma işləri başlayır
Sumqayıt şəhərinin rəhbəri Eldar Əzizov prezidentin ayırdığı 5 milyon manat vəsaitlə şəhərdə aparılacaq yenidənqurma işləri barədə danışıb.

O bildirib ki, yenidənqurma işlərinin ararılması üçün prezident xüsusi vəsait ayrııb və bununla bağlı müvafiq göstəriş verib. Onun sözlərinə görə, araşdırma aparmalıdır ki, şəhər necə inkşaf etdrilsin: “Sumqayıtlılar üçün də bu xəbər maraqlı olar. Prezidentin tapşırığı var ki, həm mənə, həm də digər struktur rəhbərlərinə qısa vaxt ərzində Sumqayıtda Nəsimi parkının ərazisini yenidən qurulsun və biz bunu təhvil verək. Artıq bunula bağlı mütəxəsisslər işə başlayıb”.

Şərhlər