Sumqayıtda Üzeyir Hacıbəyova abidə qoyulacaq
19 Sentyabr 2009 Şənbə 09:30
Bəstəkarın adını daşıyan küçədə xatirə kompleksi inşa ediləcək
Sumqayıt şəhərində dahi bəstəkar Üzeyir Hacıbəyovun xatirə kompleksi inşa ediləcək. Kompleksin layihəsi artıq təqdim edilib. Kompleks bəstəkarın adını daşıyan küçədə salınacaq meydanda tikiləcək.
Meydanda 61 metr uzunluğunda və 23 metr enində bağ salınacaq. Ümumilikdə 1340 kvadratmetr sahədə abadlıq işləri aparılacaq. Layihənin müəllifi, şəhərin baş rəssamı Vaqif Nəzirov meydanın mərkəzində Üzeyir Hacıbəyovun 12 metr hündürlüyündə abidəsi ucaldılacağını bildirib. Abidənin postamenti royal formasında olacaq, üstündə tar, kamança və qaval əks etdiriləcək.
Qeyd edək ki, hər il Üzeyir Hacıbəyovun doğum günü sentyabr ayının 18-i Milli Musiqi günü kimi qeyd edilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar