Soyuq hava kütləsi Azərbaycana doğru istiqamətlənib
29 May 2010 Şənbə 18:30
Yaxın iki gün ərzində ölkə ərazisində yağışlı hava müşahidə ediləcək.
Türkiyə və Gürcüstan üzərindəki soyuq hava kütləsi Azərbaycana doğru istiqamətlənib. Artıq Türkiyənin Qars, Ağrı və İqdır bölgəsində şiddətli leysan yağışları yağır. Azərbaycanlı hidrometroloqlar isə yaxın iki gün ərzində ölkə ərazisində yağışlı hava müşahidə ediləcəyini deyirlər. Çaylarda gur sululğun olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentin Prqonzlar bürosunun baş hidroloqu Asif Verdiyevin sözlərinə görə, iyun ayının 1-dək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edəcək. Gecə və axşam saatlarında yağıntıların leysan xarakterli olacağı, hətta bəzi qərb rayonlarında dolu düşəcəyi ehtimalı var.

Yağan yağışlarla əlaqədar Kür, Araz və Qanıx çaylarında, qonşu ölkələrin ərazilərində gözlənən yağışlarla əlaqədar tranzit çaylarda yüksək sululuğun davam edəcəyi, çaylarda suyun səviyyəsinin artacağı gözlənilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar