Soyadlar məcburi milliləşdiriləcək
06 Sentyabr 2014 Şənbə 01:44
Sayalı Sadıxova: Qanun əsasən yeni doğulan uşaqlara şamil ediləcək.
Soyadların milliləşdirilməsi məsələsinin reallaşmasına çox az qalıb.
ANS TV-nin məlumatına görə, Xasməmmədov, Məmmədzadə, Əşrəfli və bu kimi soyadların sonluqları dəyişdirilərək milliləşdiriləcək. Bununla bağlı AMEA-nın adlar və soyadlar komissiyası Nazirlər Kabinetiə tövsiyyələr verib.
Bu məsələ bir neçə dəfə müzakirəyə çıxarılsa da bəzi səbəblərdən öz həllini tapmayıb. Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, millət vəkili Nizami Cəfərovun sözlərinə görə, yeni qərar mənəvi baxımdan dünya azərbaycanlılarını, hüquqi baxımdan isə respublika vətəndaşlarını əhatə edəcək.
Eyni zamanda Nazirlər Kabineti tərəfindən soyadların milliləşdirilməsilə bağlı verilən qərar məcburi icra ediləcək.
Terminalogiya şobəsinin sədr müavini Sayalı Sadıxova isə deyir ki, qanun əsasən yeni doğulan uşaqlara şamil ediləcək.
Sayalı Sadıxovanın sözlərinə görə, "Sonluqların qəbul edilməsi əsasən yeni doğulan uşaqlarla aiddir. Yeni doğulan uşaqların adlarının qoyulmasında, bu sonluqların istifadə edilməsi zəruridir. Ancaq müəyyən şəxslərin də öz istəyindən aslıdır. Ancaq bunların sənədlənmə məsələsi çətin olduğuna görə çox insanlar əvvəlki soy adlarında qalır”.
Nizami Cəfərov onu da vurğulayır ki, "Mədəniyyət Komitəsi də soyadların milliləşdirilməsilə bağlı sənədin üzərində işləyir, çünki bu sahədə, xüsusən də adlarla bağlı mürəkkəb məsələlər var. Komitə, soyadların sonluğunun əsasən 6 variantını tövsiyə edib. Bunlar - lı, li, lu, lü, zadə, soy, oğlu, qızı və şəkilçisiz olaraq qəbul edilib”.
Nizami Cəfərov qeyd edir ki, "Hazırda Nazirlər Kabineti bu işin hüquqi tərəfi üzərində çalışır. Bir az geciksə də, yaxın zamanda Nazirlər Kabineti tərəfindən soyadların milliləşdirilməsilə bağlı qərar veriləcək".
DOSTLARINLA PAYLAŞ: