“Sovetski”də konpensasiyaya nəzarət edən şəxs infarkt oldu
11 Fevral 2014 Çərşənbə Axşamı 15:24
Qəfil halı pisləşən S.İslamov dərhal Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Ötən gün Bakının Yasamal rayonu ərazisində “Sovetski” kimi tanınan ərazidəki sökülən evlərin sahiblərinə kompensasiya verilməsini müəyyən edən və bu işlərə nəzarət edən icra hakiminin müavini Səməd İslamovun vəziyyəti ötən gün pisləşib.

Yasamal rayon İcra Hakimiyyətindən ANS PRESS-ə verilən məlumata görə, qəfil halı pisləşən S.İslamov dərhal Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Hazırda xəstəxananın kordiologiya şöbəsində müalicə alan Səməd İslamovun vəziyyəti stabildir. Şöbədən ANS PRESS-ə verilən əmlumata görə, hazırda xəstə həkim nəzarəti altındadır. Həkimlər ona həyəcanlanmağı məsləhət bilmirlər.

İcra Hakimiyyətindən ANS PRESS-ə hələlik Səməd İslamovun vəzifəsinin kim tərəfindən icra olunması barədə məlumat olmadığı bildirilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar