Sovet əmanətləri gələn il qaytarılacaqmı?
22 Dekabr 2010 Çərşənbə 00:15
Ekspert: “2011-ci ilin dövlət büdcəsindən bu istiqamətə xərc maddəsi nəzərdə tutulmayıb”
Sovet dövründə vətəndaşların banklarda batmış əmanətlərinin 2011-ci ildə qaytarılacağı məsələsi yenidən gündəmə gəlib. Rəylərə görə, hökümət ilin ikinci yarısından prosesə başlayacaq.Məlumat üçün bildirək ki, əhalinin sovet banklarında batmış əmanətlərinin qaytarılması ilə bağlı 1991-ci ildən öhdəlik götürülüb. 1992-ci il yanvarın 1-nə qədər sovet əmanət banklarında 1 milyon 986 min 104 nəfər Azərbaycan vətəndaşının pulu olub. Batmış əmanətlərin məbləği isə 4,8 milyard sovet rublu təşkil edib.
İqtisadçı-alim Vüqar Bayramov növbəti ildə əmanətlərin qaytarılacağını düşünmür. Ekspert buna səbəb kimi 2011-ci ilin dövlət büdcəsindən bu istiqamətə xərc maddəsinin nəzərdə tutulmamasını gətirir: “Əmanətlərin qaytarılması ilə bağlı qanun layihəsi yoxdu. 2011-ci ildə qanunvericilikdə əmanətlərin qaytarılması qönündə müddəanın nəzərədə tutulacağı güman edilmir”.
Vüqar Bayramovun sözlərinə görə, baza formalaşmadan əmanətlərin qaytarılmasını həyata keçirmək mümkün deyil: “Başqa tərəfdən əmanətlərin qaytarılması istiqamətindəki mövcud ənənəvi problemlər qalmaqdadır. Söhbət məcburi köçkün olan vətəndaşlarımızın əmanət kitabçalarının işğal olunmuş ərazilərdə qalmasından gedir. Bir sıra əmanətlər üzrə arxiv materialları məhv olub. O cümlədən işğal altındakı ərazilərdə fəaliyyət göstərən əmanət banklarına yerləşdirilmiş əmanətlərin tam məbləği ilə bağlı informasiya yoxdur. Bu da məcburi köçkünlərə ödəniləcək vəsaitlərin hesablanması yönündə ciddi problemlər yaradır. Əmanətlərin qaytarılması ilə bağlı digər problem prosesə başlanılacağı halda sovet dövründə Azərbaycanda yaşamış, hazırda işğal edilmiş ərazilərdə yaşayan və eləcə də burdan Ermənistana köçən edən ermənilərin öz əmanətlərini geri tələb etməsi ehtimalıdır”.
Mütəxəssisin sözlərində görə, sovet dövründə çap edilən əmanət kitabçalarının təhlükəsizlik kodları yoxdur: “Saxta əmək kitabçalarının hazırlana bilər. Analoji hala Ukraynada tez-tez rast gəlindiyi üçün bu ölkədə əmanətlərin qaytarılması ilə bağlı proses 5 dəfə təxirə salınıb. O baxımdan əmanətlərin qaytarılması istiqamətimdə hüquqi bazanın formalaşması gərəkli olsa da bir sıra problemlərin həlli də vacibdir. Güman edilir ki, əmanətlərin qaytarılması narazılıqların yaranmasına gətirib çıxaracaq. Belə ki, həm ideksasiya, həm də əmanətlərin alınması prosesində narazılıqlar qaçılmazdır. MDB ölkələrinin təcrübəsi göstərir ki, bəzi hallarda əmanətlərin qaytarılması ilə bağlı problemlər Avropa Məhkəməsi səviyyəsinə qədər yüksəlir”.
Vüqar Bayramov əmanətlərin qaytarılması prosesindəki əngəllərin həlli isitiqmətində İqtisadi və Sosial İnkişaf Mərkəzi tərəfindən bir sıra təkliflər irəli sürüldüyünü xatırladır. Hansıki bu təkliflərə arxivlərin elektronlaşdırılması və bununla da saxta əmanət kitabçaları problemini həllinə nail olunması daxildir: “Əmanətlərin qaytarılması ilə bağlı ənənəvi problemlərdən qaçmaq üçün prosesi mərhələli şəkildə həyata keçirmək lazımdır. Mərhələlər etnik ermənilərin əmanətlərini tələb etməsi və məcburi köçkünlərin əmanətlərinin qaytarılması ilə bağlı problemləri həll etməyə imkan verəcək. 2001-ci ildə əmanətlərin qaytarılması nəzərdə tutulmasa da, bu yöndə qanunvericiliyin formalaşdırılmasına başlanılmalıdır. Belə halda növbəti illərdə əmanətlərin qaytarılması üçün hüquqi bazanın yaranmasına imkan yarana bilər”.
Mütəxəssisin rəyinə görə, Azərbaycanda sovet dövrü əmanət bankına yatrılan əmanətlərin strukturu onların indeksləşdirilməsini asanlaşdırır: “Əmanətlərin 60 faizə qədəri 2000 rubladək olan əmanətlərdir. Dəyəri 10 000 rubldan çox olanların xüsusi çəkisi isə 15 faizdən azdır. Belə olan halda isə sitər sosial ədalət, istərsə də əmanətçilərin hüquqlarının qorunması baxımından ilk 1000 rubladək olan əmanətlərin indeksləşdirmədə rubl/manat asılılığının böyük olmaması əsas şərtlərdəndir. Çünki əks halda əhalinin az həcmdə əmanətlərinə sahib olan hissəsinin prosesdən faydalanmaq imkanları məhdudlaşacaq”. İSİM rəhbəri əmanətlərin indeksləşdirmə sistemi ilə bağlı aşağıdakı sistemi təklif etdi:
1000 rubladək olan əmanətlərə - hər 2 rubla 1 manat
1000-2000 rubl arasındakı əmanətlərə - hər 4 rubla 1 manat
2000-5000 rubl arasındakı əmanətlərə - hər 6 rubla 1 manat
5000-10000 rubl arasındakı əmanətlərə - hər 8 rubla 1 manat
10000 rubldan artıq əmanətlərə - hər 10 rubla 1 manat
Vüqar Bayramov bildirir ki, əmanətlərin qaytarılması bu sistemə uyğun həyata keçirilsə, tələb olunan məbləğ 900 milyon manat, prosesin icra müddəti 3 il təşkil edəcək: “Sovet dövründə əmanət banklarına qoyulan əmanətlərin interval şəkildə əhaliyə qaytarılması kifayət qədər vacibdir. Məsələ ondadır ki, bununla əhalinin az əmanətə malik olan hissəsinin prosesdən faydalanmasını təmin etmək olar. Vahid dərəcələrin təyin edilməsi isə ilk minliyə sahib olanların hüquqlarının qorunmasına gətirib çıxarar.Prosesin başqa tərəfi, ödənişlərin hansı formada aparılmasıdır. İstər MDB ölkələrinin təcrübəsi, istərsə də Azərbaycanda son illər İstehlak Malları İndeksinin artması əmanətlərin yalnız nağd formada qaytarılmasını mümkünsüz edir”
DOSTLARINLA PAYLAŞ: