Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Şirvan şəhərində dörd rayonun sakinlərini qəbul edəcək.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Şirvan şəhərində dörd rayonun sakinlərini qəbul edəcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, martın 12-də saat 10:00-da Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Nazirliyin Şirvan şəhər Əhalinin sosial müdafiəsi mərkəzinin (ƏSMM) inzibati binasında bu şəhərin və Hacıqabul, Sabirabad, Saatlı rayonlarının sakinlərini qəbul edəcək.
Vətəndaşlar
[email protected] elektron poçt ünvanı, habelə (012) 596-44-07 (Nazirliyin Ümumi şöbəsi), (021) 215-10-30 (Şirvan şəhər ƏSMM), (021) 204-41-36 (Hacıqabul rayon ƏSMM), (021) 235-92-80 (Sabirabad rayon ƏSMM) və (021) 285-25-71 (Saatlı rayon ƏSMM) telefon nömrələri ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.
Hacıqabul, Sabirabad, Saatlı rayonlarından qəbula yazılmış vətəndaşların həmin rayonların ƏSMM-lərinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla Şirvan şəhərinə aparılıb gətirilmələri təmin ediləcək.