Sona Vəliyeva: MTRŞ telekanallara qadağa qoya bilməz
21 Aprel 2011 Cümə Axşamı 15:46
Sona Vəliyeva: “Şuraya xeyli şikayət gəlir. MTRŞ telekanallara qadağa qoya bilməz”.
“Milli Televiziya və Radio Şurası (MTRŞ) telekanallarda yayımlanan aşağı səviyyəli seriallara, proqramlara, eyni zamanda aparıcıların efirə çıxmasına qadağa qoya bilməz. Çünki bu, MTRŞ səlahiyyətləri daxilində deyil”.
Bunu MTRŞ-ın üzvü Sona Vəliyeva deyib. Onun sözlərinə görə, MTRŞ-a gün ərzində çoxlu şikayət gəlir: “Lakin birbaşa televiziya kanallarına müdaxilə etmək bizim işimiz deyil. Bəzən yaşlı nəslin nümayəndələri zəng edib şikayətlənir ki, siz hara baxırsınız? Bu nə biabırçılıqdır? Buna hansı Azərbaycan ailəsi baxar? Əlbəttə, biz də baş verən bu hallardan narazıyıq, bir ziyalı kimi bunlar bizi də narahat edir. Ancaq MTRŞ-nın bunlara qadağa qoymaq səlahiyyəti yoxdur. Hər kanalın öz yayım siyasəti var”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: