Son 14 ilin ən güclü qasırğasına hazırlıq görülür
20 May 2010 Cümə Axşamı 17:55
Hindistanda 50 mindən çox insan evakuasiya olunub.
Hindistanın cənubundakı Andra Pradeş əyalətində fırtına vəı şiddətli yağışlardan sonra 24 saat ərzində 15 nəfərin öldüyü bildirilir. Əyalət rəsmilərinin verdiyi məlumata görə, şiddətli yağışlar nəticəsində içərisində 4 içşinin olduğu sənaye otelyesi uçub, 55 balıqçı isə itkin düşüb.
Qasırğa barədə xəbərdarlıq edildikdən sonra 50 mindən çox insan təhlükəsizlik ərazilərə evakuasiya olunub.
Son 14 il ərzində ən təhlükəli hesab olunan qasırğanın Benqal körfəzindən Andra Pradeş sahillərinə bu gün çatacağı ehtimal olunur.
1977-ci ildə Andra Pradeşdə qasırğa nəticəsində 10 mindən çox insan həlak olub. anspress
DOSTLARINLA PAYLAŞ: