Soğanın qiyməti göz yaşardır
    28 Mart 2011 Bazar Ertəsi 16:23
    Son 1 ildə Azərbaycanda soğanın qiyməti azı 25 % artıb
    
                	 
    
         Son 1 ildə Azərbaycanda soğanın qiyməti azı 25 faiz artıb. Ötən ilin martında 70-80 qəpiyə satılan soğanın qiyməti indi 1 manatdır. 
Dövlət Statistika Komitəsinin məlumatına görə, son 1 ayda soğanın qiyməti 12,6 faiz artıb. Komitədə bildirirlər ki,  bahalaşma mövsümlə bağlıdır. Adətən yazqabağı soğan bahalaşır. Amma 1-2 aya təzə soğan çıxanda qiymətlər kəskin düşəcək.  Bu ilki qiymət artımına ötən il soğan yığımının az olması da təsir edib. 
Qeyd edək ki, soğan Azərbaycanda ən vacib  tərəvəzlərdən bir hesab olunur. Azərbaycanda orta statistik 1 ailə  ildə 250-300 kiloqram soğan işlədir.
DOSTLARINLA PAYLAŞ: