SOCAR Ukraynada 30-a yaxın yanacaqdoldurma stansiyası açılacaq
26 Dekabr 2009 Şənbə 13:50
Bunu ARDNŞ prezidenti Rövnəq Abdullayev jurnalistlərə bildirib
Dövlət Neft Şirkəti (ARDNŞ) gələn il Ukraynada yanacaqdoldurma stansiyalarının açılması üzrə pilot layihəyə start verəcək. Bunu ARDNŞ prezidenti Rövnəq Abdullayev jurnalistlərə bildirib.
Belə ki, layihə çərçivəsində 2010-cu ildə ARDNŞ brendi altında Ukraynada 30-a yaxın yanacaqdoldurma stansiyası açılacaq. R. Abdullayevin sözlərinə görə, bununla bağlı alqı-satqı prosesi artıq tamamlanmaq üzrədir.
Xatırladaq ki, 2011-ci ilədək Azərbaycanda da SOCAR brendi ilə 26 yanacaqdoldurma stansiyasının istismara verilməsi planlaşdırılır. ARDNŞ hazırda Bakıda və respublikanın bir neçə rayonunda 10 yanacaqdoldurma stansiyasının inşasını davam etdirir. Gələn il isə daha 14 belə stansiyanın tikintisi planlaşdırılır.
Qeyd edək ki, ötən əsrin 90-cı illərinin əvvəllərinədək ölkədəki bütün yanacaqdoldurma stansiyaları ARDNŞ-in tabeliyində olub. Özəlləşdirmənin başlanması ilə əlaqədar yanacaqdoldurma stansiyalarından məhrum olmuş ARDNŞ son zamanlar yenidən bu bazara qayıtmaq qərarına gəlib.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar