Ölkə

SOCAR Bakıda ilk yanacaqdoldurma stansiyasını açır

İlin sonunadək isə daha 9 belə YDS-nın açılması nəzərdə tutulub.

· Xəbərçi
SOCAR Bakıda ilk yanacaqdoldurma stansiyasını açır
Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) mayın 7-də Bakıda ilk üç yanacaqdoldurma stansiyasını (YDS) istismara verəcək. Bu barədə jurnalistlərə açıqlamasında ARDNŞ pezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, ilin sonunadək ARDNŞ (SOCAR) brendi altında daha 9 YDS istismara veriləcək.

Qeyd edək ki, hazırda ARDNŞ Gürcüstanda 30-dan çox yanacaqdoldurma stansiyası istismara verib. Bu il daha 30 stansiyanın istismara verilməsi nəzərdə tutulub. 2011-ci ilədək isə şirkət bu brend altında daha 26 yanacaqdoldurma məntəqəsinin istifadəyə verilməsi planlaşdırılır.

Şirkət eyni zamanda Ukraynanın pərakəndə neft məhsulları bazarında da fəaliyyətini genişləndirir. Hazırda ARDNŞ bu ölkədə 20-yə yaxın YDS-in rebrendiqini keçirir. Həmin stansiyalarda neft məhsullarının satışına mayda başlanması gözlənilir. ANSPRESS

Şərhlər