Snayper hazırlayacağıq
04 Avqust 2014 Bazar Ertəsi 15:02
Hazırlıq işləri görülür. Qruplar təşkil olunduqdan sonra snayper kursları başlayacaq.
Azərbaycan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı" MMC tərəfindən hərbi xidmət çağırışçıları üçün ixtisas kursları yaxın günlərdə yenidən bərpa olunacaq.

Bu barədə ANS PRESS-ə SHXÇDX-nin "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı" MMC-dən məlumat verilib.

Cəmiyyətdən bildiriblər ki, hazırda snayper, kəşfiyyatçı, paraşütçü, kinoloq və digər kursların başlanması istiqamətində işlər davam etdirilir:

“Hazırlıq işləri görülür. Qruplar təşkil olunduqdan sonra snayper kursları başlayacaq”.

Qeyd edək ki, bir müdddət öncə bu barədə SHXÇDX-nin "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı" MMC-dən ANS PRESS-ə açıqlama verilmişdi. Cəmiyyətdən həmçinin bildirilmişdi ki, snayper kurslarına müəyən məhdudiyyətlər var. Belə ki, Nazirlər Kabinetinin qərarı ilə snayper ixtisası üzrə kurslarda yalnız çağrışçılar iştirak edə bilərlər. 17 yaşına çatmış hərbi çağrışçı snayper kurslarına cəlb oluna bilər:

“Adi vətəndaşların gəlib snayper kurslarına yazılması qeyri mümkündür. SHXÇDX-nin birbaşa vasitəçiliyi ilə bu kurslarda iştirak etmək olar. Kurslarda iştirak etmək üçün SHXÇDX-ə müraciət edilməlidir. Qanunvericiliyə görə, 17 yaşı tamam olub amma hərbi xidmətə hələ ki getməyən çağrışçılar sanyaper kurslarında iştirak edə bilərlər. Həmin şəxslər istək və arzusu nəzərə alınaraq həmin kurslara cəlb olunurlar”.

Hazırda snaper kurslarında iştirak edəcək olan şəxslərin sayı məlum deyil. İştirakçıların sayı Nazirlər Kabineti tərəfindən təsdiq olunacaq.

Cəmiyyətdən bildirmişdilər ki, xanımların snayper kurlarına cəlb olunması məsələsi hələ ki, Nazirlər Kabinetinin qərarında öz əksini tapmayıb:

“Yalnız hərbi xidmət çağrışçıları bu kurslarda iştirak edə bilərlər. Qadınlar hərbi xidmətə çağırılmadıqları üçün bu kurlarda iştirak edə bilməzlər. Xanımların da bu kurslara cəlb olunmaları üçün gələcəkdə müəyyən addımlar atılacaq. Yəqin ki bununla bağlı müəyyən təkliflər hazırlanıb Nazirlər Kabinetinə təqdim olunacaq”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar