Siz elə bilirsiniz mən siyasi sığınacaq ala bilməzdim?
21 Oktyabr 2013 Bazar Ertəsi 14:32
Ağır Cinayətlərə dair Məhkəmədə Gülər Əhmədovanın işi üzrə məhkəmə prosesi keçirilib.
"Siz elə bilirsiniz mən Amerika və Avropanın hər hansı ölkəsində siyasi sığınacaq ala bilmərəm? Mənim buna görə hər bir imkanım var. Ama mən bəzi qorxaqlardan fərqli olaraq deputat mandatımdan özüm imtina etdim". ANS PRESS-in verdiyi xəbərə görə bu sözləri sabiq millət vəkili Gülər Əhmədova bu gün Ağır Cinayətlərə dair Məhkəmədə keçirilən məhkəmə iclası zamanı söyləyib.

Müttəhim kürsüsündə əyləşən Gülər Əhmədova iclas zamanı özünü Azərbaycanda demokratiyanın təntənəsini göstərən yeganə şəxs adlandırıb.

Sabiq millət vəkil siyasi Elşad Abdullayev kimi Fransanın istənilən şəhərin səhərində siyası sığınacaq ala biləcəyini də bildirib: "Mənim Fransız parlamentinin üzvləri ilə yaxşı əlaqələrim var və mən istəsəm orada sığınacaq alıb yaşayardım".


DOSTLARINLA PAYLAŞ:

oyunlar