Siyəzəndə baytar yoxlaması olmayan ət aşkarlanıb
04 Fevral 2014 Çərşənbə Axşamı 07:34
Müsadirə edilmiş ət Siyəzən şəhərinin kənarında qazılmış çalada yandırılaraq zərərsizləşdirildi.
Siyəzən şəhər ərazisində ət dükanlarında keçirilən reyd zamanı təyin olunmamış yerdə kəsilən və baytar yoxlaması olmayan 64 kq ət aşkarlanıb. Bu barədə ANS PRESS-in bölgə müxbirinə rayon baytarlıq idarəsindən məlumat verilib.
Hüquq-mühafizə orqanları tərəfindən müsadirə edilmiş ət Siyəzən şəhərinin kənarında qazılmış çalada yandırılaraq zərərsizləşdirildi.
Siyəzən rayonunun baş baytarı Seyfulla Qasımov müsadirə edilmiş bu ətin həm də inək əti kimi satıldığını deyib.
Seyfulla Qasımov həmçinin qeyd edib ki, rayonda qanunsuz ət kəsiminin qarşısını almaq üçün rayon mərkəzinin 1 kilometrliyində ayrıca kəsim mərkəzi inşa edilib və burada kəsilən heyvan ətləri baytar müayinəsindən keçirilərək satış üçün mağazalara paylanılır.
DOSTLARINLA PAYLAŞ: