Siyəzən və Abşeronda yüzlərlə ev söküləcək
15 Aprel 2009 Çərşənbə 22:06
Həmin evləri palçıq vulkanlarının təhlükəsi gözləyir
Azərbaycanda palçıq vulkanlarının ocağı olan ərazilərdəki evlər söküləcək. "OLAYLAR"a daxil olan məlumata görə, bununla bağlı əlaqədar qurumlar iş aparır. Məlumata görə, aidiyyəti qurumlar ölkə ərazisindəki oyaq palçıq vulkanlarının istiqamətini müəyyənləşdirməyə başlayıb. Artıq işə mütəxəssislərin cəlb edildiyi və ərazinin həmin ərazilərdəki mənzillərdə araşdırmalara başlandığı bildirilir. Mənbənin dediyinə görə, ilkin araşdırmalar zamanı ölkədə bəzi ərazilərdə aktiv palçıq vulkanları aşkar edilib və həmin yerlər təhlükəli hesab edilib. Mütəxəssislər rəy verib ki, bu ərazidə yerləşən evlər və digər tikinti obyektləri təcili köçürülməlidir. Mənbənin dediyinə görə, ekspertlər həmin ərazilərdə tezliklə təhlükəli vulkan püskürməsi olacağını proqnozlaşdırıb və bu barədə əlaqədar qurumlara məlumat ötürüb. Məlumatdan sonra həmin ərazilərdəki mənzillərin köçürülməsi barədə müzakirələr başlanıb. Məlumata görə, ilk olaraq Siyəzən və Abşeron yarımadası ərazisində palçıq vulkanları olan və həmin yerə yaxın ərazilərdəki mənzillərin sökülməsi qərarı verilib. Ekspertlər əsasən bu ərazilərdəki palçıq vulkanlarının aktiv olduğunu bildirib.
 
Olaylar


DOSTLARINLA PAYLAŞ:

oyunlar