Şıx, Sahil və Sumqayıt çimərliklərində bu il dənizə girmək qadağandır
15 İyun 2010 Çərşənbə Axşamı 06:30
Bu gün Azərbaycanda çimərlik mövsümü başlayır. Şıx, Sahil və Sumqayıt çimərliklərində bu il dənizə girmək qadağandır.
Bu gün ölkədə çimərlik mövsümü başlayır. Təhkəsizlik tədbirləri çərçivəsində yerli çimərliklərə 12 təcili tibbi yardım maşını cəlb olunub. Tibbi xidmətə zəruri dərman preparatları və digər vasitələr daxildir. Qeyd edək ki, ötən il kimyəvi və bakterioloji çirklənmə yüksək olduğu üçün Səbail və Sumqayıt çimərliklərində çimməyə qadağan qoyulmuşdu. Bu il də respublika gigiyena və epidemiologiya mərkəzi üç çimərliyə, Abşeron yarımadasının Şıx, Qaradağ rayonunun Sahil və Xəzər dənizinin Sumqayıt şəhərinin ərazisinə düşən hissəsində çimməyi qadağan edib. Qadağaya nəzarəti bu çimərliklərdə fəaliyyət göstərən dövlət və özəl obyektlərin rəhbərliyi, eləcə də polis orqanları həyata keçirəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar