Şirvandakı çadır şəhərciyində infeksion xəstəlik təhlükəsi
12 May 2010 Çərşənbə 12:40
Çadır şəhərciklərində yaşayan sabirabadlılardan indiyə qədər 800-dən artıq şəxs həkimə müraciət edib.
Sabirabadın su basmış kəndlərinin əhalisi üçün Şirvan şəhərində çadır şəhərcikləri qurulub. Çadır şəhərciklərində yaşayan sabirabadlılardan indiyə qədər 800-dən artıq şəxs həkimə müraciət edib. Bu barədə Lent.az-a tibb məntəqəsinə rəhbərlik edək Mehparə Səmədova məlumat verib.
Mehparə Səmədova bildirib ki, çadır düşərgəsində kəskin infeksion-epidemioloji proses yoxdur. Bununla belə, infeksion xəstəliklərin əlamətləri olan 4 uşaq aşkarlanıb və onlar da Şirvan şəhər xəstəxanasında yerləşdiriliblər. Təzyiq, stresslə bağlı digər şəxslər isə tibb məntəqəsinə müraciət edirlər və onlara ilkin tibbi yardım göstərilir.
Ginekoloji problemlərlə bağlı müraciət edən qadınlara isə Şirvan şəhər xəstəxanasında yardım göstərilir.
Mehparə Səmədova çadır şəhərciklərində 3 nəfəri ilan vurması ilə bağlı şayiələrə də münasibət bildirib və bunun yalan olduğunu söyləyib: “Nə Şirvandakı, nə də Sabirabaddakı şəhərciklərində heç kəsi ilan vurmayıb”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: