Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən məlumata görə, üçüncü zəlzələ saat 18.40-da Şirvan şəhərindən 30 km şimalda qeydə alınıb. Zəlzələnin maqnitudası 4.20, dərinliyi 4 km olub. Zəlzələ hiss olunmayıb.
Sonuncu zəlzələ isə saat 18.47-də Şirvan şəhərindən 38 km şimalda qeydə alınıb. Zəlzələnin maqnitudası 3.10, dərinliyi 28 km olub. Zəlzələ hiss olunmayıb.
Qeyd edək ki, iyulun 12-də günün birinci yarısında da Şirvanda iki yeraltı təkan qeydə alınmışdı. Həmin yeraltı təkanlar da hiss olunmayıb. APA
Şirvan şəhərində daha iki zəlzələ olub
Azərbaycanın Şirvan şəhərində dünən baş verən iki zəlzələnin ardınca daha iki zəlzələ olub.




Şərhlər