Şirvan rayonunda bir gündə 4 zəlzələ olub
13 İyul 2011 Çərşənbə 10:29
3,60-4,20 bal arası təkanlar Şirvanda baş verib.
Ötən gün Azərbaycanda dalbadal 4 zəlzələ qeydə alınıb. ANS PRESS-in Respublika Seysmologiya Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, zəlzələlər Şirvan şəhərində qeydə alınıb. Belə ki, ötən gün yerli vaxtla 11:41– də Şirvan şəhərindən 33 km şimalda zəlzələ qeydə alınıb. Təkanların maqnitudası 3,60 bal olub. Zəlzələ hiss olunmayıb.
4,20 maqnituda olan ikinci təkan yerli vaxtla 18:40–da Şirvan şəhərindən 30 km şimalda, növbəti zəlzələ isə saat 18:47də adıçəkilən şəhərdən 38 km şimalda qeydə alınıb. Təkanlar 3,10 maqnitudasında olub.
Zəlzələlər hiss olunmayıb.
Qeyd edək ki, iyulun 12-də Şirvanda maqnitudası 3.80 olan ilk təkanlar saat 06:18-də olmuşdu. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: