Sinoptiklərdən meteohəssas insanlara xəbərdarlıq
12 Avqust 2011 Cümə 03:03
Temperaturun tədricən yüksəlməsi fonunda zəif küləklərin üstünlüyü, yaranan durğun və nisbətən rütubətli hava şəraiti əlverişsizdir
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-25 dərəcə, gündüz 32-36 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 24-25 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23 dərəcə, gündüz 30-34 dərəcə, dağlarda gecə 10-15 dərəcə, gündüz 19-24 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz: Yaxın 3 gün ərzində meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün müsbət amil olsa da, temperaturların tədricən yüksəlməsi fonunda zəif küləklərin üstünlüyü, bəzi saatlarda yaranan durğun və nisbətən rütubətli hava şərairi meteohəssas insanlar üçün əlverişsizdir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar