Sinoptiklər xəbərdarlıq edir - leysan yağacaq, dolu düşəcək
19 May 2011 Cümə Axşamı 18:10
Mayın 21-25-də ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə ediləcək
Mayın 21-dən mayın 25-i gündüz saatlarədək ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə ediləcək. Bu günlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Bəzi yerlərdə lokal leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimal olunur. Temperatur ötən günlərlə müqayisədə 4-6° aşağı enəcək. Şimal-qərb küləyi arabir 15-20 metr/saniyə, ayrı-ayrı yerlərdə 25-30 metr/saniyəyədək güclənəcək.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur. Buna görə də Kürə tökülən çaylarda gözlənilən sululuğun artımı nəticəsində Kürün yuxarı və aşağı axınında səviyyənin artacağı gözlənilir.
Yaxın 2 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim dəyişiklikləri meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, mayın 22-də qeyri-sabit hava şəraiti bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
DOSTLARINLA PAYLAŞ: