Ölkə

Sinoptiklər xəbərdarlıq edir

Şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir, təmperatur 4-6° aşağı enəcək

· Xəbərçi
Sinoptiklər xəbərdarlıq edir
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti əhaliyə gözlənilən qeyri-sabit hava şəraiti ilə bağlı xəbərdarlıq edib. Departamentdən ANS PRESS-ə verilən məlumata görə, avqustun üçüncü ongünlüyünün birinci yarısında hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir.

Əsasən gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda lokal leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal olunur. Temperatur tədricən 4-6° aşağı enəcək.

Şərhlər