"Sınıq körpü"də maşın sıxlığı qismən azalıb
18 Avqust 2011 Cümə Axşamı 21:01
Sürücülər problemin tam olaraq aradan qaldırılmadığını bildirirlər
“Sınıq körpü” sərhəd-kecid məntəqəsində 3 gündür yaranan növbə tədricən aradan qaldırılmaqdadır. Belə ki, ötən günlərlə müqayisədə keçid məntəqəsində gözləyən nəqliyyat vasitələrinin sayı azalıb. Sürücülər isə problemin tam olaraq aradan qaldırılmadığını bildirirlər.
Sürücü Vaqif Həsənov ANS-ə bildirib ki, Tiflis-Bakı marşurutu ilə Azərbaycana gələn vətəndaşlar da gömrük postunu keçdikdən sonra avtobusları uzun müddət gözləmələrindən narazıdır.
“Sınıq körpü” keçid məntəqəsinin rəisi Ceyhun İbrahimov isə problemin tam aradan qaldırılmamasının səbəbini mövsümlə əlaqələndirir. Belə ki, gözləyən nəqliyyat vasitələri getsə də, yerinə yeniləri gəlir və bu da növbə olması təəssuratı yaradır. O ki qaldı vətəndaşların günün altında gözləmələrinə, məntəqə rəisi bunun üçün məntəqə daxilində gözləmə zalının olduğunu, amma nədənsə vətəndaşların məntəqənin qarşısında gözləməyə üstünlük verdiklərini deyib.
DOSTLARINLA PAYLAŞ: