Şimali Osetiya rəhbəri Azərbaycana gələcək
18 Mart 2011 Cümə 15:09
Teymuraz Mamsurov: “Hər şey İlham Əliyevin müəyyən edəcəyi vaxtdan asılıdır”
Rusiya Federasiyası Şimali Osetiya Muxtar Respublikasının rəhbəri Teymuraz Mamsurov Azərbaycana səfər edəcək. Bunu Vladiqafqaza səfər edən bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə ilə görüşdən sonra Teymuraz Mamsurov ANS-ə eksklüziv müsahibəsində deyib.

“Mən hörmətli şeyxdən prezident adından Azərbaycana dəvət almışam. Bu mənim üçün çox böyük bir şərəfdir və çox tezliklə Bakıda olmaq üçün əlimdən gələni edəcəyəm. Hər şey Azərbaycan dövlətinin prezidentinin müəyyən edəcəyi vaxtdan asılıdır"- deyə Teymuraz Mamsurov bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycan xalqının bizim respublikamızda yaşayan nümayəndələri tarixən Vladiqafqazda yaşayan sələflərinin qoyduğu ənənələri davam etdirirlər: "Azərbaycanlılar Osetiyada ən gözəl məscidlər tikiblər. Onlar bütün mühüm dövlət strukturlarına daxil olublar. Tikinti sektoru, hüquq-mühafizə orqanları kimi mühüm sahələrdə işləyiblər və işləyirlər. Onlar bizim mədəni nailiyyətlərimizin iştirakçıları hesab olunurlar”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar