Silahlı Qüvvələrin Yardım Fonduna yığılan vəsait açıqlandı
02 Mart 2014 Bazar 12:03
1 mart tarixinə qədər fondun bank hesabına toplanmış vəsait 52 340 724 manat təşkil edib.
Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna yığılan vəsaitin həcmi açıqlanıb. Müdafiə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, 1 mart tarixinə qədər fondun bank hesabına toplanmış vəsait 52 340 724 manat, 211 791 ABŞ dolları və 593 avro təşkil edib.

Qeyd edək ki, ötən ilin 11 ayı ərzində Yardım Fonduna 48 988 202 AZN məbləğində vəsait toplanıb. Fondun Azərbaycan valyutası ilə hesabındakı vəsait dekabrın 1-i tarixinə 48 988 202 manat, ABŞ valyutası ilə hesabındakı vəsait 211 791 dollar, avro hesabındakı vəsait isə 593 avro təşkil edib. Son bir ayda 1 milyon 401 min 633 manat (1 786 885.5 ABŞ dolları) artıb.

Xatırladaq ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan prezidentin 17 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılıb. Sərəncama əsasən, Silahlı Qüvvələrə Yardım Fondu respublika ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərdən könüllü olaraq daxil olan vəsait və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalar hesabına formalaşır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar