Silahlı qüvvələrin qanunvericilik bazası daha da möhkəmləndiriləcək
07 May 2011 Şənbə 21:46
Ziyafət Əsgərov: “Hərbi xidmətə çağırışla bağlı normativ hüquqi sənədlərin monitorinqi aparılır”.
Hərbi xidmətə çağırışla bağlı normativ hüquqi sənədlərin monitorinqi aparılır. Bunu jurnalistlərə Milli Məclisin birinci vitrse-spikeri Ziyafət Əsgərov deyib. O bildirib ki, Prezident Administrasiyasında, Milli Məclisdə, Müdafiə Nazirliyində bununla bağlı ekspertlər işləyir və həmin sənədlər hazır olan kimi parlamentin plenar iclasına çıxarılacaq.

Z. Əsgərov bildirib ki, bununla bağlı həddindən artıq böyük iş olacaq: “Çünki işin həcmi çox böyükdür. Bilirsiniz ki, bizim hərbi qanunvericiliyimiz aktlarının bir hissəsi 1995-ci ilidə qəbul olunmuş konstitusiyaya qədər hazırlanıb. Müəyyən dövr ərzində əlavə və dəyişikliklər edilib. Lakin Azərbaycanın hazırkı inkişafını və eyni zamanda silahlı qüvvələrin inkişafını nəzərə alaraq, bəzi hallarda hüquqi baza məsələsi öz sözünü deməlidir”.

Vitse-spikerin sözlərinə görə, ona görə çalışılır ki, bu işi qısa zamanda yekunlaşdırılsın: “Bu addım silahlı qüvvələrimizin qanunvericilik bazasını daha da möhkəmləndirəcək”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar