Seyran Ohanyan da Xankəndinə uçmaq istəyir
02 Aprel 2011 Şənbə 01:15
“Mənim prezidentlə eyni təyyədə olmaq hüququm yoxdur”
“Biz hər şeyi edəcəyik ki, Dağlıq Qarabağın səması təmiz olsun”. Bunu jurnalistlərə Ermənistanın müdafiə naziri Seyran Ohanyan Xankəndinə uçan təyyarələrin vurulması ehtimalına münasibət bildirərkən deyib.
Bir gün əvvəl Ermənistan prezidenti Serj Sarkisyan bildirmişdi ki, Xankəndinə uçan ilk təyyarənin sərnişini o olacaq. Seyran Ohanyan isə deyib ki, vəzifəsi ilə əlaqədar prezidentlə eyni təyyarədə uça bilməz: “Əgər prezidentin təyyarəsi ilə yanaşı başqa təyyarə də uçsa, mən həmin təyyarədə olacam”.
DOSTLARINLA PAYLAŞ: