Səyavuş Aslanın oğlu danışdı
04 Avqust 2011 Cümə Axşamı 15:36
Eldar Aslan:"Narahatlığa əsas yoxdur"
Ötən gün xəstəxanaya yerləşdirilən Xalq artisti Sxəyəvuş Aslan baş beyin kompüter tomoqrafiyası üçün 1 saylı Klinik Tibbi Mərkəzə göndərilib. Burada insultunun növünü öyrənmək üçün xalq artisti kompüter tomoqrafiyasından keçiriləcək.

Xalq artistinin oğlu Eldar Aslan ANS-ə açıqlamasında narahatlığa əsas olmadığını deyib. “Həkimlər baxır, keyfi yaxşıdır. Tədbir görülür, nəzarət edirlər. Lazımı iynə vurulur, dərman verilir. 3-4 gün xəstəxanada qalacaq ki, vəziyyəti stabilləşsin. Təzyiqinin qalxıb-enməsinə nəzarət edilir. Ona sakitçilik lazımdır”.

Qeyd edək ki, Xalq artistinə kəskin beyin qan dövranı pozğunluğu, beyin insultu, sağ ətrafların iflici diaqnozu təyin edilib. Bunlar şəkərli diabet, ağır şəkərli diabet fonunda inkişaf edib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar