Səyavuş Aslan insult keçirib
04 Avqust 2011 Cümə Axşamı 11:52
Reanimasiya şöbəsinin müdiri: “Səyavuş Aslan xəstəxanaya gələndə huşsuz olsa da, indi huşu tam aydındır”
Bakı. Sevil Zeynalqızı - APA. Azərbaycanın xalq artisti Səyavuş Aslan insult keçirib. Xalq artisti dünən gecə Fuad Əfəndiyev adına 4 saylı Xəstəxanaya yerləşdirilib. Xəstəxananın reanimasiya şöbəsinin müdiri İradə Nağıyeva APA-ya açıqlamasında deyib ki, S. Aslan beyin insultu diaqnozu ilə xəstəxananın reanimasiya şöbəsinə daxil olub. İ. Nağıyeva bildirib ki, xalq artistinin vəziyyəti ağır olaraq qalır: “Amma hazırda Səyavuş müəllimin huşu tam aydındır. Onunla kontakta girmək mümkündür. Gələndə huşsuz idi və onunla heç bir kontakta girə bilmirdik. İndi onunla danışa bilirik”.
DOSTLARINLA PAYLAŞ: