Şəxsiyyət vəsiqəsinin rüsumu artırıldı
04 İyun 2014 Çərşənbə 07:52
Sənəd bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 35 manat nəzərdə tutulur.
Azərbaycanda vətəndaşlara şəxiyyət vəsiqəsinin verilməsi və ya dəyişdirilməsinə görə dövlət rüsumu artırılıb. ANS PRESS-in xəbərinə görə, Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi, on gün müddətində verildikdə və ya dəyişdirildikdə 5 manat, üç iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 25 manat, bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 35 manat nəzərdə tutulub.
Müvafiq Qanun 2015-ci il dekabrın 1-dən qüvvəyə minəcək.
Qeyd edək ki, hazırda şəxsiyyət vəsiqəsinin verilməsi və dəyişdirilməsinə görə rüsumların məbləği 10 iş günü üçün 1 manat, 3 iş günü üçün 10 manatdır. Bir iş günündə şəxsiyyət vəsiqəsinin verilməsi isə tətbiq olunmur.
DOSTLARINLA PAYLAŞ: