Sərxoş prokuror müavini vətəndaşlara hədə-qorxu gəlib
11 İyun 2010 Cümə 12:20
Sərxoş prokuror müavini vətəndaşlara hədə-qorxu gəlib. Goranboy rayon prokurorunun müavini işdən qovulub.
Goranboy rayon prokurorunun müavini Ramiz Quliyev işdən xaric edilib. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, o, sərxoş vəziyyətdə şəxsi avtomaşınını idarə etməklə, konkret vətəndaşlara qarşı nalayiq ifadələr işlətdiyinə və prokurorluq işçisi olması ilə onlara hədə-qorxu gəldiyinə, bununla da prokuror vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”nin tələblərini kobud şəkildə pozduğuna görə Baş Prokurorluq üzrə 04 iyun 2010-cu il tarixli əmrlə prokurorluq orqanlarından xaric edilib. ANSPRESS




DOSTLARINLA PAYLAŞ:

oyunlar