Sərnişin qatarlarının hərəkət cədvəli
19 May 2011 Cümə Axşamı 10:04
Mayın 29-dan etibarən 2011-2012-ci illər üçün sərnişin qatarlarının yeni hərəkət cədvəli tətbiq olunacaq.
“Azərbaycan Dəmir Yolları» QSC-dən «APA-Economics»ə verilən məlumata görə, yeni hərəkət cədvəlinə əsasən bəzi dəyişikliklər ediləcək. Şimal istiqamətində hərəkət edən qatarların hərəkət cədvəllərində «*» (ulduz) nişanı ilə göstərilən dayanacaqlar «texniki dayanacaq» sayılır (vaqona düşüb-minmək qadağandır) və həmin stansiyalara bilet satışı aparılmır.
Yeni Belarus Dəmir Yoluna məxsus olan 31 PL-52/2 Brest-Bakı birbaşa vaqonu yalnız yay mövsümündə həftədə bir dəfə təyin olunacaq. Vaqon Brestdən həftənin 5-ci günləri 68 №-li Brest-Volqoqrad qatarının quyruq hissəsinə Yelets stansiyasına kimi qoşulur və həftənin 6-cı günləri Yelets stansiyasında açılıb 56 №-li Moskva-Bakı qatarına qoşulacaq. Bakıya vaqon həftənin 2-ci günləri çatacaq. 8 iyun 2011-ci il tarixdən etibarən vaqon geriyə Bakıdan həftənin 3-cü günləri 31 №-li Bakı-Kiyev qatarının quyruq hissəsinə Volqoqrada kimi qoşulmaqla yola çıxacaq. Vaqon həftənin 4-cü günləri Volqoqrad stansiyasında qatardan açılıb 67 №-li Volqoqrad-Brest qatarlarına Brestə kimi qoşulacaq və həftənin 6-cı günləri Brest stansiyasına çatacaq.
55/56 saylı Bakı-Moskva sürət qatarı («ADY» QSC) əvvəlki hərəkət günləri üzrə hərəkət edəcək. Moskvadan saat 18-05-də yola düşəcək.
31/32 saylı Bakı-Kiyev sürət qatarı («ADY» QSC) əvvəlki hərəkət günləri üzrə hərəkət edəcək. Kiyevə saat 15.43-də çatacaq, Kiyevdən 6.20-də yola düşəcək.
369/370 Bakı-Xarkov sərnişin qatarı («ADY» QSC) əvvəlki hərəkət günləri və cədvəli üzrə hərəkət edəcək.
373/374 Bakı-Tümen sərnişin qatarı (Rusiya d.y.) ayın cüt tarixləri saat 6.00-da Bakıdan yola düşəcək, saat 1.25-də Bakıya çatacaq. Ayın cüt tarixləri saat 15.39-da Tümenə çatacaq, ayın tək tarixləri saat 14.24-də Tümendən yola düşəcək. Qatar günaşırı hərəkətdə olacaq. Qatarın tərkibində yalnız qoşma Yujno-Uralsk Dəmir Yoluna məxsus olan Çelyabinsk-Bakı, Kuybışev Dəmir Yoluna məxsus olan Ufa-Bakı (yay mövsümündə, yenə hərəkət cədvəlində plaskart vaqonun əvəzinə kupe vaqonu hərəkət edəcək) və Samara-Bakı, Privolcsk Dəmir Yoluna məxsus olan Saratov-Bakı qoşma vaqonu hərəkət edəcək.
Birbaşa Zapadno-Sibirsk Dəmir Yoluna məxsus 29, 30 PL-52/2 Novosibirsk-Bakı, Ulyanovsk-Bakı (Kuybışev Dəmir Yolu), Kazan-Bakı İjevsk-Bakı (Qorki Dəmir Yolu) qoşma vaqonların hərəkəti dayandırılıb.
313/314 Bakı-Sankt-Peterburq sərnişin qatarı («ADY» QSC) əvvəlki hərəkət günləri və cədvəli üzrə hərəkət edəcək.
391/392 Bakı-Rostov sərnişin qatarı (Şimali Qafqaz d.y.) əvvəlki hərəkət günləri və cədvəli üzrə hərəkət edəcək. Rostovdan saat 17.02-də yola düşəcək.
38/37 Bakı-Tiflis sərnişin qatarı («ADY» QSC) yeni hərəkət cədvəli üzrə hərəkət edəcək. Yeni hərəkət cədvəlinə uyğun olaraq qatar 21-00-da Bakıdan yola düşəcək, saat 10.20-də Bakıya çatacaq. Saat 12.15-də Tiflisə çatacaq, saat 16.00-da Tiflisdən yola düşəcək.
Yalnız hərəkət cədvəlində dayanacaq olan stansiyalara biletlər tərtib edilməlidir. Dayanacaq olmayan stansiyalara və ya texniki dayanacaq verilən stansiyalara (hərəkət cədvəlində «*» nişanı qeyd olunmuş) bilet satışı qadağandır.
Yerli istiqamətində hərəkət edən qatarların yola düşmə və çatma vaxtlarında da bəzi dəyişikliklər ediləcək. APA
DOSTLARINLA PAYLAŞ: