Sərinləşdirici içkilər istehsalçısına qarşı maliyyə sanksiyası tətbiq edilib
16 İyun 2011 Cümə Axşamı 19:59
Qanunun tələblərini pozduğuna görə, sahibkar Tahir Nəbiyev 2,2 min manat cərimələnib.
Bakı şəhəri, Biləcəri şosesi, Yeni Yaşayış massivində Tahir Nəbiyevə məxsus istehsalat sahəsində "Düşes" və "Tərxun" alkoqolsuz içkilərinin müvafiq reseptura olmadan istehsal edilməsi, habelə həmin məhsulların yararlılıq müddətinin heç bir normativ sənədə əsaslanmadan təyin olunması səbəbindən bu sahibkar barəsində İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılmışdı.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Dövlət Xidmətində istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verilməsi ilə bağlı işə baxılmış və "Haqsız rəqabət haqqında" Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə sahibkar Tahir Nəbiyevə 2,2 min manat maliyyə sanksiyası tətbiq edilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar