Sərhəddə “Qanunda oğru” tutulub
09 Sentyabr 2009 Çərşənbə 11:55
Condo Kutaisski ləqəbli Condo Esebua 2006-cı ildən axtarışda olub
Sentyabrın 3-dən 4-ə keçən gecə 35 yaşlı “qanunda oğru” Condo Kutaisski ləqəbli Condo Esebua qeyri-qanuni olaraq Azərbaycan-Gürcüstan sərhədini keçmək istəyərkən saxlanılıb. Kriminal avtoritet “Qırmızı körpü” nəzarət keçid məntəqəsində Kür çayında qayıq üzürmüş.
Axtarış zamanı onun üzərindən iki F-1 qumbarası tapılıb. "Qanunda oğru"ya qarşı artıq dövlət sərhədini qeyi-qanuni keçmə və silah qaçaqmalçılığı maddələri ilə cinayət işi açılıb. O, 2006-cı ildən Gürcüstanın Kutaisi rayon Polis İdarəsi tərəfindən yuxarı səviyyəli cinayətkar qruplaşmaya məxsus olduğuna görə axtarışda olub.
Operativ əməliyyat məlumatlarına görə, Condo Esebuanın cinayətkar kimi stajı 1998-ci ildən başlayır. O, Rusiya hüquq-mühafizə orqanlarının nəzərinə 2000-ci ilin aprel ayından düşüb. C. Esubua Rusiyanın Novosibirsk vilayətində mənzil oğruluğna görə həbs edilib. 2001-ci ildə isə Moskva ətrafında mənzil oğruluğuna görə 8 ay azadlıqdan məhrum edilib.
ANSPRESS
DOSTLARINLA PAYLAŞ: