Sərhədçilər and içdilər
12 May 2014 Bazar Ertəsi 16:45
Göytəpə şəhərində və Yevlax rayonunda yerləşən hərbi hissələridə gənc əsgər­lər hərbi andı qə­bul ediblər.
Dövlət Sərhəd Xidmətinin (DSX) Cəlilabad rayo­nunun Göytəpə şəhərində və Yevlax rayonunda yerləşən hərbi hissələrində gənc əsgər­lərin hərbi andı qəbul etmələri münasibətilə tədbirlər keçiril­ib.

DSX-nin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu münasibətlə təşkil olunmuş təntənəli mərasimlərdə hərbi andı qə­bul edəcək sərhədçi əsgərlərə Dövlət Sərhəd Xidmətinin rəisi Sərhəd Qoşunlarının Komandanı general-leyte­nant Elçin Quliyevin təbrikləri çat­dı­rılıb, gələcək şərəfli xid­mət­lə­rində uğurlar arzu edilmiş, dəyərli Vətən oğul­larını tərbiyə etdiklərinə görə əsgər valideynlərinə minnətdarlıq bildi­rilib.

Mərasim iştirakçılarına Azərbaycan Respublikasının prezi­denti İlham Əliyevin Ali Baş Komandanlığı altında dövlət sər­həd­lərinin etibarlı mü­hafizəsinin təmin edilməsi, Azərbaycan Sərhəd Mühafi­zəsinin inkişafı isti­qa­mətində görülən işlər haqqında geniş məlumat veril­ib.

Gənc əsgərlərin valideynləri çıxış edərək öz övladlarını təb­rik etmiş və onların sərhədçi kimi formalaşmasında əməyi olan zabit­lərə öz təşək­kürlərini bildiriblər.

Döyüş bayrağı sıra meydanına gətirildikdən sonra gənc əsgərlər Hərbi andı – Vətənə sədaqət andını qəbul ediblər.



DOSTLARINLA PAYLAŞ:

oyunlar