Serhed Qoşunlarının Komandanı Elçin Quliyev vetendaşları qebul edibQebul zamanı xidmete qebul, sosial müavinetlerin verilmesi, menzil şeraitinin yaxşılaşdırılmasından danışılıb.
DSX-nin metbuat xidmetinden ANS PRESS-e verilen melumata göre, qebul zamanı vetendaşların Dövlet Serhed Xidmetinde xidmete qebul, sosial müavinetlerin verilmesi, menzil şeraitinin yaxşılaşdırılması, yaşadıqları serhedyanı yaşayış menteqelerinde mövcud olan sosial - meişet problemlerin helli ve diger meselelerle bağlı müracietleri dinlenilib.
Vetendaşların müracietleri, şikayet ve teklifleri diqqetle dinlenilib, qaldırılan meseleler Dövlet Serhed Xidmetinin aidiyyeti struktur qurumlarının rehberlerinin iştirakı ile araşdırılmış ve ekser meseleler yerindece hellini tapıb. Diger müracietlerin ise herterefli öyrenilmesi ve qanunvericiliye uyğun helli üçün müvafiq struktur qurumların rehberlerine konkret tapşırıqlar verilib.
Dövlet Serhed Xidmetinin selahiyetlerine aid olmayan müracietler ise aidiyyeti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb ve baxılmasının teşkili üçün nezarete götürülüb.
Qebula gelen vetendaşlar merkezi icra hakimiyyeti orqanları rehberlerinin mütemadi olaraq bölgelerde vetendaşların qebulunun teşkilinden razılıqlarını bildiribler, yaradılan şeraite göre ölke başçısına minnetdarlıq edibler.