Sentyabrda yay istisi geri qayıdacaq
28 Avqust 2011 Bazar 00:12
Gələn ayın ayrı-ayrı günlərində Bakıda havanın temperaturu 35-39 dərəcəyədək yüksələcək
Sentyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasından bir qədər yüksək olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata respublikada ay ərzində yağıntılar qeyri-bərabər paylanacaq. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir.

Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun müsbət 22-24 dərəcə olacağı gözlənilir ki, bu da iqlim normasından 1-2 dərəcə yüksəkdir. Havanın temperaturu gecələr müsbət 15-20 dərəcə, ayın birinci yarısında müsbət 23 dərəcəyədək, gündüzlər ayın birinci yarısında 27-32 dərəcə, ayrı-ayrı günlərdə 35-39 dərəcəyədək, ayın ikinci yarısı isə müsbət 22-26 dərəcə olacaq. Aylıq yağıntı miqdarının iqlim normasına yaxın (norma 7-23 millimetr), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun müsbət 23-25 dərəcə olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu müsbət 11-16 dərəcə, ayın birinci yarısında müsbət 18-20-dək, gündüzlər ayın birinci yarısında 32-35 dərəcə, ayrı-ayrı günlərdə müsbət 37-40 dərəcə, ayın ikinci yarısında 27-30 dərəcə təşkil edəcəkdir. Aylıq yağıntı miqdarının iqlim normasına yaxın (norma 7-13 millimetr) olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy zonalarında temperaturun müsbət 15-17 dərəcə olacağı gözlənilir ki, bu da orta aylıq temperaturun iqlim normasına yaxın və 1-2 dərəcə yüksəkdir. Havanın temperaturu gecələr müsbət 10-15 dərəcə, ayın birinci yarısında müsbət 19 dərəcəyə yaxın, gündüzlər ayın birinci yarısında müsbət 21-25 dərəcə, ayrı-ayrı günlərində müsbət 28-33 dərəcə, ayın ikinci yarısında müsbət 16-21 dərəcə olacağı gözlənilir. Aylıq yağıntı miqdarı iqlim normasına yaxın, (norma 7-13 millimetr) olacaq.

Qazax-Gəncə, Goranboy, Tərtər, Ağdam-Ağcabədi-Füzuli-Cəbrayılda aylıq temperaturun müsbət 22-24 dərəcə olacağı gözlənilir ki, bu da iqlim normasından yüksəkdir. Havanın gecələr müsbət 14-19 dərəcə, ayın birinci yarısında müsbət 23 dərəcəyə yaxın, gündüzlər ayın birinci yarısında 27-32 dərəcə, ayrı-ayrı günlərdə müsbət 34-36 dərəcə, ayın ikinci yarısında müsbət 22-26 dərəcə olacaq. Aylıq yağıntı miqdarının iqlim normasına yaxın (norma 17-44 millimetr), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

Balakən-Zaqatala- Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı- Şamaxı-Xızı, Siyəzən, Şabran, Quba-Qusar-Xaçmaz zonalarında temperaturun müsbət 19-22 dərəcə olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə yüksəkdir. Hava gecələr müsbət 10-15 dərəcə, ayın birinci yarısında müsbət 17-22 dərəcəyə yaxın, gündüzlər ayın birinci yarısında müsbət 26-31 dərəcə, ayrı-ayrı günlər 33-37 dərəcə, ayın ikinci yarısında müsbət 19-24 dərəcə təşkil edəcək. Aylıq yağıntı miqdarının iqlim normasına yaxın (norma 33-120 millimetr), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında temperaturun müsbət 23-25 dərəcə olacağı gözlənilir bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr havanın müsbət 17-22 dərəcə, ayın birinci yarısında müsbət 30-33 dərəcə, ayrı-ayrı günlərdə 36-39 dərəcə, ayın ikinci yarısında müsbət 24-29 dərəcə təşkil edəcəyi ehtimal olunur. Aylıq yağıntı miqdarının iqlim normasına yaxın (norma 14-38 millimetr), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

Masallı-Lənkəran-Astara, Lerik-Yardımlı zonasında temperaturun müsbət 22-24 dərəcə olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə yüksəkdir. Havanın gecələr müsbət 15-20 dərəcə, gündüzlər ayın birinci yarısında müsbət 27-30 dərəcə, ayrı-ayrı günlərində 33 dərəcəyədək yüksələcəyi, ayın ikinci yarısında müsbət 22-25 dərəcə olacağı gözlənilir. Aylıq yağıntı miqdarının iqlim normasına yaxın (norma 50-199 millimetr), bəzi yerlərdə çox olacağı ehtimal var.


DOSTLARINLA PAYLAŞ:

oyunlar