Şəmkirin kəndləri qazlaşdırılır
29 Oktyabr 2009 Cümə Axşamı 11:20
Yaxın günlərdə rayonda sayğacların quraşdırılması işlərinə başlanılacaq
“Azəriqaz” İstehsalat Birliyində istehlakçıların təbii qaza olan tələbatının tam ödənilməsi, abonentlərin qaz təchizatının yaxşılaşdırılması, qaz itkisinin qarşısının alınması, ödəniş səviyyəsinin artırılması istiqamətində tədbirlər davam etdirilir. Respublikamızın bütün regionlarında qaz təchizatının yaxşılaşdırılması, əhalinin texnoloji rejimə uyğun təbii qazla fasiləsiz təmin edilməsi məqsədilə yeni-yeni qaz kəmərləri çəkilir, yenidənqurma işləri aparılır.

Bu günlərdə Şəmkir rayonun Dəllər-Cəyir kəndində 970 abonentin, Dəllər-Cırdəxar kəndində 400, Çənlibel kəndində 601, Sarıtəpə kəndində isə 459 abonentin təbii qazla təmin olunması məqsədi ilə görülmüş tədbirlər uğurla başa çatdırılıb. Şəmkir rayonunun Hacıallar kəndində isə 60 mənzilə sayğac quraşdırılmış və həmin kənd ilk dəfə olaraq təbii qazla təchiz edilib.

Bundan əlavə, rayonun Yeni Həyat kəndi üçün 533 ədəd sayğac alınıb. Yaxın günlərdə sayğacların quraşdırılması işlərinə başlanacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar