Şəmkir korpusunun Qərargah rəisi dəyişdi
10 Aprel 2014 Cümə Axşamı 11:52
Şəmkir korpusunun Qərargah rəisi Xəqani Cəbrayılov Beyləqan korpusunun Qərargah rəisi təyin edilib.
Müdafiə naziri Zakir Həsənovun əmri ilə bir müddət öncə Şəmkir korpusunun qərargah rəisi təyin edilən Xəqani Cəbrayılov vəzifəsindən azad edilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, müdafiə naziri Zakir Həsənovun əmri ilə Xəqani Cəbrayılovu Beyləqan korpusunun Qərargah rəisi təyin edib.

Nazirlikdən bildiriblər ki, hələlik Şəmkir korpusunun Qərargah rəisi təyin edilməyib və belə bir təyinat olarsa açıqlanacaq.

Xatırladaq ki, aprelin 7-də gecə saat 22.30 radələrində cəbhənin Füzuli istiqamətində mina partlaması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 3 hərbi qulluqçusu həlak olub, 6 hərbi qulluqçu isə yaralanıb.

Həlak olan hərbi qulluqçular:

- kapitan Orucəliyev Ceyhun Cəlil oğlu;
- əsgər Kərimov Seyfəddin Nəvai oğlu;
- əsgər Abdullayev Novruz Qurban oğlu.

Yaralı hərbi qulluqçular:

- əsgər Musayev Bəhruz Məhəmmədəli oğlu;
- əsgər Mirzəyev Alı Pənah oğlu;
- əsgər İsgəndərzadə Azər Eyyub oğlu;
- əsgər Zülfüqarov Mürsəl İbrahim oğlu;
- əsgər Cəbrayılov Sadiq Misirxan oğlu;
- əsgər Talıbov Emin Talıb oğlu.

Yaralılara yüksək ixtisaslı yardım göstərilməsi üçün Silahlı Qüvvələrin baş cərrahı və Silahlı Qüvvələrin baş reanematoloqu Füzuli rayonunun Əhmədbəyli yaşayış məntəqəsində yerləşən hərbi hospitaldadırlar.

Ağır yaralı əsgər Talıbov Emin Talıb oğlu hərbi-sanitar helikopter vasitəsilə Bakı şəhərinə təxliyyə olunub.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov şəxsən araşdırma aparmaq üçün bir qrup zabit heyəti ilə hadisə yerinə səfər etmişdi.



DOSTLARINLA PAYLAŞ:

oyunlar