Səməd Seyidov Almaniya səfirini qəbul edib
25 Avqust 2011 Cümə Axşamı 15:16
Səməd Seyidov Almaniya səfirini qəbul edib


Bakı – APA. Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, millət vəkili, professor Səməd Seyidov Almaniyanın Azərbaycandakı səfiri Herbert Kvelleni qəbul edib. ADU-dan APA-ya verilən məlumata görə, universitetinin tarixindən söz açan rektor universitetdə bütün dünya ölkələrinin, xüsusilə Qərbi Avropa ölkələrinin dillərinin öyrənildiyini deyib: “Tədris olunan dillərlə yanaşı, həmin ölkələrin dil və mədəniyyət mərkəzlərinin universitetdə mövcudluğu tələbələrə həmin dilləri mənimsəmək və ölkələri öyrənməkdə kömək edir”. Bu baxımdan ADU-dakı Alman Dili Mərkəzinin fəaliyyətini qənaətbəxş hesab edən rektor vurğulayıb ki, Alman Mərkəzini universitet öz hesabına yaradıb, çünki buna ehtiyac vardı.

Səfir Herbert Kleven isə öz növbəsində ADU ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib. O, Almaniya universitetlərinin ADU ilə əlaqələrinin yaradılmasının ikitərəfli əlaqələrin dərinləşməsinə, elmi-mədəni əlaqələrə töhfəsini verəcəyinə əminlik ifadə edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar