Şəkiyə dolu yağıb
19 İyun 2009 Cümə 14:50
Dolu 30-a yaxın ailənin kənd təsərrüfatına ciddi ziyan vurub

Ötən axşam Şəki rayonuna güclü dolu yağıb. ANS PRESS-in məlumatına görə, dolu saat 18-19-radələrində başlayıb və Şorsu, Qardağlı, Göynük kimi kəndlərdə yarım saata yaxın davam edib. Kənd sakinlərinin ANS PRESS-ə verdikləri məlumata görə, dolu nəticəsində 30-a yaxın ailənin kənd təsərrüfatına ziyan dəyib.
Sakinlərin dolunun üçbucaq buz formasında olduğunu və güclü küləklə müşahidə edildiyini bildiriblər. Hələlik dəyən ziyanla bağlı kənd sakinlərinə heç bir köməklik göstərilməyib. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar